sağlam düşüncə

common sense (reasonableness) здравый смысл (трезвое, практическое понимание вещей, рассудительность)
sağını solundan ayırmamaq
Sağlam ol(un)!
OBASTAN VİKİ
Düşüncə
Düşüncə — müqayisələr etmə, ayırma, birləşdirmə nəticəsində başa düşülən anlam. Aristotelə görə insanı heyvandan ayıran əsaslı fərq düşüncədir. Descarles "Düşünmək, var olmaqdır deyər". Kant'a görə "Düşünmək mühakimə etməkdir". Locke, düşünməyi ruhun öz üstünə yönələrək öz əməliyyatları haqqında məlumat əldə etməsi olaraq görər. Düşünmə müxtəlif şəkillərdə ortaya çıxar. Düşüncə tipik olmayan bir vəziyyəti dərhal qavrarsa buna zəka adı verilər. Düşüncə müəyyən problemləri hazırlayar, onu fikirlərlə ifadə edər, bunlar üzərində düşünməyə əsaslanan şərhlər etsə, buna da ağıl deyilir. Düşünmə-real obyektlərə yönəlsə konkret düşünmə, ideal obyektlərə yönəlsə mücərrəd düşünmə adını alır. Düşüncənin bəzi vəzifələri var.
Kritik düşüncə
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Tənqidi düşüncə
Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir. Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur. Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir.
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Düşüncə (film, 1987)
Bu film fəlsəfi pritçadır. Kinolent insanda mövcud olan iki başlanğıcın-xeyirlə şərin mübarizəsindən, xeyrin şər, təmiz mənəviyyatın xudbinlik üzərində qələbəsinin qanunauyğunluğundan danışır və tamaşaçını fəal həyat mövqeyi tutmağa, nikbin olmağa çağırır. Rejissor: Nigar Nərimanbəyova Ssenari müəllifi: Ramazan Həsənov Quruluşçu rəssam: Nigar Nərimanbəyova Operator: Ziya Xəqani Cizgi rəssamı: Oleq Serebryannikov Musiqi redaktoru: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Sağlam həyat tərzi
Sağlam həyat tərzi — insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzi. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik (məşq, idman və s.), psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir . Həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir — gənclikdə formalaşmış vərdişlər çox vaxt yetkinlik dövründə də davam edir. Ümumdünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər vaxtından əvvəl ölüm hallarının 70%-nə səbəb olur, buna görə də sağlam həyat tərzinin mühüm hissəsi olan sağlamlığın təşviqi vacibdir və ÜST tibbi yardım göstərməklə yanaşı, ilk növbədə sağlam həyat tərzinin təbliğinə və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına yönəlmiş ilkin səhiyyə xidmətlərinin tətbiqinə inanır. Sağlam həyat tərzi üçün ən vacib məqamlar aşağıdakılardır: siqaretdən imtina; alkoqol və hər cür narkotiklərdən imtina; balanslaşdırılmış qidalanma; fiziki aktivlik, azhərəkətli (oturaq) həyat tərzindən imtina. Qeyri-sağlam həyat tərzi və eyni zamanda qeyri-infeksion xəstəliklərin riskini artıran amillərə daxildir: düzgün qidalanmamaq, oturaq həyat tərzi (fiziki fəaliyyətin aşağı səviyyədə olma), siqaret çəkmə, alkoqoldan sui-istifadə, kofeinin həddindən artıq istehlakı (qəhvə, çay, enerji içkiləri), nizamsız yuxu rejimi, həmçinin stresslə mübarizəyə uyğunlaşa bilməmək. Tədqiqatlar göstərir ki, sağlam həyat tərzi orta ömür müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Almaniyada aparılan bir araşdırma göstərir ki, sağlam həyat tərzi 40 ildən sonra gözlənilən ömür uzunluğunun 13–17 il artması ilə əlaqələndirilir. ABŞ -da aparılan bir araşdırma 50 ildən sonra gözlənilən ömür uzunluğunun 12–14 il artdığını göstərir . Siqaret çəkmənin nəticəsi orta hesabla 10 il ömrünün azalmasıdır.
Çin otağı düşüncə eksperimenti
Çin otağı arqumenti ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq, proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Oxşar arqumentləri Qotfrid Leybnits (1714), Anatoli Dneprov (1961), Lourens Devis (1974) və Ned Blok (1978) təqdim etmişlər. Sörlün versiyası o vaxtdan bəri geniş şəkildə müzakirə edilmişdir. Sörlün arqumentinin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir. Arqument zehnin formal simvollar üzərində işləyən bir məlumat emal sistemi kimi nəzərdən keçirilə biləcəyini və verilmiş psixi vəziyyətin simulyasiyasının onun mövcudluğu üçün kifayət olduğunu müdafiə edən funksionalizm və hesablamaçılıq fəlsəfi mövqelərinə qarşı yönəlmişdir. Konkret olaraq, arqument Sörlün güclü süni intellekt fərziyyəsi adlandırdığı mövqeyi təkzib etmək məqsədi daşıyır: "Düzgün giriş və çıxışlara malik düzgün proqramlaşdırılmış kompüter bununla da insanların zehni kimi eyni mənada zehnə malik olardı". Əvvəlcə süni intellekt (Sİ) tədqiqatçılarının ifadələrinə reaksiya olaraq təqdim olunsa da, bu, əsas Sİ tədqiqatının məqsədlərinə qarşı bir arqument deyil, çünki o, maşının göstərə biləcəyi "ağıllı" davranışın miqdarına məhdudiyyət göstərmir. Arqument yalnız proqramlar çalışdıran rəqəmsal kompüterlərə aiddir və ümumiyyətlə maşınlara aid edilmir. Sörlün düşüncə eksperimenti bu hipotetik müqəddimə ilə başlayır: fərz edək ki, süni intellekt tədqiqatları Çin dilini başa düşmüş kimi davranan bir kompüter qurmağa müvəffəq oldu.
Sağlam olun! (film, 1969)
Filmdə Azərbaycanın müalicə əhəmiyyətli kurortlarından, bu müalicə ocaqlarında əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmasından danışılır. Tamaşaçılar ekran vasitəsilə Şuşaya, Göy-gölə, Naftalana, Abşerona, Şıx çimərliyinə, İstisu kurortuna və sair sağlamlıq ocaqlarına səyahət edirlər. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Sağlam ətraf mühit hüququ
Sağlam ətraf mühit hüququ — insan sağlamlığını təmin edən ekoloji sistemləri qorumaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlamlıq hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədədir. Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirlənən icmalara ədalət və müdafiəni təmin etmək vəzifəsi yaradır. Sağlam ətraf mühit hüququ iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquqi presedentlərin müəyyən edilməsi üçün mühüm hüquq olmuşdur.. Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüququ dəstəkləyən beynəlxalq müqavilələrə 1972-ci il Stokholm bəyannaməsi, 1992-ci il Rio Bəyannaməsi və bu yaxınlarda qəbul edilmiş Qlobal Ətraf Mühit Paktı daxildir. BMT-də 150-dən çox dövlət bu hüququ bu və ya digər formada milli qanunvericilik, məhkəmə çəkişmələri, konstitusiya hüququ, müqavilə hüququ və başqaları vasitəsilə tanımışdır. İki regional müqavilə, İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və İnsan Hüquqları üzrə Amerika Konvensiyası sağlam ətraf mühit hüququnu özündə ehtiva edir. Uşaq Hüquqları haqqında Konvensiya kimi digər insan hüquqları sənədləri bu sənədin əsas istiqamətləri ilə əlaqəli olduğu dərəcədə ətraf mühit məsələlərinə istinad edir, bu halda o uşaqların hüquqlarına istinad etmiş olur. İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçilər Con Noks (2012-2018) və Devid Boyd (2018-indiki) bu hüquqların beynəlxalq hüquqda necə rəsmiləşdirilməsinə dair tövsiyələr vermişlər.
Şotlandiya sağlam fikir məktəbi
Şotlandiya sağlam fikir məktəbi — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiyada yaranan fəlsəfi məktəb. 1760–1780-ci illərdə Şotlandiya məktəblərində yaranıb yayılmışdır. Ağlın intuitiv qabiliyyəti, anadangəlmə prinsiplərdən ibarət "sağlam fikir" fəlsəfəsinə əsaslanır. Devid Yumun skeptisizmi və fransız materializmi ilə mübahisələrdə formalaşmışdir. Banisi Tomas Rid, görkəmli nümayəndələri C. Osvlld, Ç. Bitti, D. Stüartdır. Ali ruhi aləmin, yəni tanrının varlığı fikrini müdafiə edirdi. Шотландская школа / Л. Б. Макеева // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.